Bri Larson

Bri Larson
ing. Brie Larson
Larson 2018-ci ildə
Larson 2018-ci ildə
Doğum adı Brianne Sidonie Desaulniers
Doğum tarixi 1 oktyabr 1989(1989-10-01)[1][2][…] (34 yaş)
Doğum yeri
Vətəndaşlığı
Partnyorları
  • Aleks Qrinvold[d] (20132019)[3]
Fəaliyyəti aktrisa, müğənni, kinorejissor, ssenarist, kino aktrisası, televiziya aktrisası, film prodüseri, televiziya prodüseri[d], rejissor
Fəaliyyət illəri 1998-ci ildən
Boyu 1,7 m[4]
Mükafatları Ən yaxşı qadın roluna görə "Oskar" mükafatı Dram janrında ən yaxşı qadın roluna görə Qızıl qlobus mükafatı
IMDb ID0488953
{{{imzanın izahı}}}
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Brianna Sidoni Desanye (ing. Brianne Sidonie Desaulniers; 1 oktyabr 1989[1][2][…], Sakramento) — ABŞ aktrisası. Karyerasının əvvəllərində komediya janrındakı filmlərdə köməkçi rollarda oynasa da sonralar müstəqilblokbaster filmlərdədə uğurla çıxış edərək "BAFTA", "Qızıl Qlobus" və "Oskar" kimi mükafatlara layiq görülmüşdür.

Kaliforniyanın Sakramento şəhərində anadan olan Larson evdə təhsil alıb. Altı yaşında o, Amerika Konservatoriyasının Teatrında təhsil proqramına qəbul edilən ən gənc tələbə olub. Tezliklə Los-Ancelesə köçüb və 1998-ci ildə "The Tonight Show with Jay Leno" adlı komediya sketçində aktyorluq karyerasına başlayıb. 2001-ci ildə "Raising Dad" adlı adi bir sitkomunda rol alıb və həmin il qısa musiqi təhsili alıb. 2005-ci ildə "Finally Out of P.E." albomunu buraxıb. Daha sonra Larson "Hoot", "Scott Pilgrim vs the World" və "21 Jump Street" filmərində, həmçinin "United States of Tara" televiziya seriyasında çəkilib.

Onun uğuru 2013-cü ildə müstəqil film "Short Term 12" ilə daha da artıb. Elə həmin il "The Spectacular Now" adlı başqa bir filmdə oynayıb. O, 2015-ci ildə "Trainwreck" komediya filmində köməkçi rolda çəkilib. Larson "Room" filmindəki performansına görə "Oskar" mükafatına layiq görülüb. 2017-ci ildə o, yüksək büdcəli "Kong: Skull Island" macəra filmində fotojurnalist olaraq rol aldı. Larson 2019-cu ildə "Kapitan Marvel" filmində baş rolda çəkildi.

O, 2017-ci ildə "Unikorn mağazası" filmi ilə rejissorluq debütünü etdi. Larson həmçinin cinsi zorakılıq qurbanlarını müdafiə edir və siyasi məsələlərdə fəal şəkildə çıxışlar edir.

  1. 1 2 Bauer P. Brie Larson // Encyclopædia Britannica (ing.).
  2. 1 2 Brie Larson // Brockhauz Ensiklopediyası (alm.).
  3. 1 2 https://www.eonline.com/news/1004420/brie-larson-and-alex-greenwald-split-2-years-after-getting-engaged.
  4. https://www.hollywoodreporter.com/features/captain-marvels-brie-larson-cant-save-womankind-but-shes-doing-her-best-1185915.

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search